Bakı ilə yanaşı, ölkənin daha 5 şəhər və rayonunda “Rəqəmsal məktəb” platforması tətbiq olunur.
“Füyuzat” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu platformanın əhatə etdiyi məktəblərin sayı 349-dan təxminən 550-yə çatdırılıb:
“Platforma Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir və Abşeron üzrə də tətbiq olunacaq. Hazırda platformadan direktor, müəllim, şagird və valideynlər daxil olmaqla, 900 mindən çox istifadəçi yararlanır. Bundan əlavə, 44 mindən çox təhsilalan üçün “Microsoft Copilot”, “Google Gemini” və “NotebookLM” kimi süni intellekt alətlərindən istifadə imkanı yaradılıb”.



