Xəbərlər

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir

Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclası keçirilir.

“Füyuzat” xəbər verir ki, panel iclasında Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsisisçliyi ilə ərsəyə gələn
“Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu da iştirak edir.

Panel iclasında Türk dünyasında əməkdaşlığın inkişafı, ortaq dəyərlər və ortaq gələcək vizyonunun formalaşdırılması, informasiya və kommunikasiya sahəsində qarşılıqlı fəaliyyət, eləcə də qlobal çağırışlar fonunda Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunur.