Azərbaycanın multikultural dəyərlərin təqdim edilməsində formalaşdırdığı özünəməxsus modeldən artıq dünyada bir nümunə kimi istifadə olunur.
“Füyuzat” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Tarixidini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda təşkil olunmuş konfrans zamanı deyib.
O, mədəni irsin qorunmasının əsas vacib istiqaməti olaraq tarixi-dini abidələrin özünəməxsus xüsusiyyətlərə malik olduğunu vurğulayıb:
Nazirin sözlərinə görə, Azərbaycanın işğal altında olan ərazilərində yerləşən tarixi-dini abidələr işğal dğvründə ciddi dağıntılara məruz qalıb:
“Həmin abidərlərin bir qismi tamamilə məhv edilib, bir çoxunda isə vandalizm aktları törədilib. Eyni zamanda, o tarixi-dini abidələrə və komplekslərə məxsus olan, onların ayrılmaz tərkib hissəsini təşkil edən mədəni mülkiyyətin qanunsuz olaraq ölkə ərazisindən çıxarılması halları da müşahidə olunub. Təbii ki işğalın nəticələri hər zaman və hər yerdə ciddi çətinliklər və mənfi mənzərə yaradır. Biz də bunun acı şahidi olmuşuq. Mən bu məsələnin üzərində xüsusi dayanmaq istəmirəm. Lakin bunlar bizim yaşadığımız acı həqiqətlərdir”.
A.Kərimli postmünaqişə dövründə həmin abidələrin bərpası istiqamətində dövlət tərəfindən Qarabağda və Şərqi Zəngəzurda çox intensiv və genişmiqyaslı tədbirlərin həyata keçirildiyini bildirib:
“Cənab Prezidentin rəhbərliyi ilə bu ərazilərdə tarixi-mədəni irsin bərpasına xüsusi diqqət yetirilir. Dağıdılmış və zərər görmüş tarixi-dini abidələrin bərpası, konservasiyası və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Bu proses, eyni zamanda, Azərbaycanın zəngin mədəni irsinin qorunması ilə yanaşı, ölkəmizin tarixinin və mədəni kimliyinin beynəlxalq səviyyədə tanıdılması baxımından da xüsusi əhəmiyyət daşıyır



