Xəbərlər

XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub

Azərbaycan Milli Konservatoriyasında XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub.

“Füyuzat”ın məlumatına görə, tədbirdə mədəniyyət naziri Adil Kərimli, nazirlik əməkdaşları, Türk dövlətlərindən olan musiqiçilər, mədəni-ictimai xadimlər iştirak ediblər.

Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə tədbirin əhəmiyyətindən bəhs edərək musiqi festivalının ənənə halını almasına toxunub.

Rektor festivalın ildən-ilə miqyasını genişləndirməsini mədəni uğur kimi dəyərləndirib.

Mədəniyyət naziri Adil Kərimli isə festivalın strateji və mədəni tərəflərinə diqqət çəkərək bildirib ki, bu, Azərbaycan musiqisinin dərin köklərini, zənginliyini, gücünü və qüdrətini dünya miqyasında nümayiş etdirən böyük bir platformadır.

Çıxışların ardınca konsert proqramı nümayiş olunub.