Xəbərlər

Netanyahu: HƏMAS təslim olarsa, müharibə bitəcək

“HƏMAS silahlarını yerə qoyarsa, israilli məhbusları təslim edərsə, Qəzza zolağında hücumlara son veriləcək”.

“Füyuzat”ın məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

O bildirib ki, HƏMAS rəhbərliyinin sürgünə getmək variantı hələ də qüvvədədir, ancaq indi əsas vacib məsələ tərk-silahdır.

Qeyd edək ki, HƏMAS Qətər və Misirin irəli sürdüyü atəşkəs təkliflərinə razı olduğunu elan etdikdən sonra İsrailin Hərbi Nazirlər Kabineti Rəfahdakı hücumları davam etdirməyə qərar verib.

İsrail ordusu mayın 6-da verdiyi açıqlamada fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını istəyib və mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçdiyini açıqlayıb.