Bu ilin yanvar-avqust aylarında Azərbaycana 191 ölkədən 1 milyon 586 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
“Füyuzat” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Gələnlərin 27,9 %-i Rusiya, 19,4 %-i Türkiyə, 7,8 %-i İran, 4,8 %-i Gürcüstan, 4,6 %-i Qazaxıstan, 3,5 %-i İsrail, 3,4 %-i Pakistan, 3,2 %-i Özbəkistan, hər birindən 2,6 % olmaqla Çin və Hindistan, 2,5 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, 1,1 %-i Almaniya, 1 %-i Böyük Britaniya, 12,7 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 66,9 %-ini kişilər, 33,1 %-ini qadınlar təşkil edib.
1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,6 % artaraq 77,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,1 artaraq 619,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 33,3 azalaraq 192 min nəfər, digər ölkələrdən gələnlərin sayı 8,2 % azalaraq 696,7 min nəfər təşkil edib.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,1 %-i hava, 25,5 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Son 1 ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,4 % azalaraq 1384,5 min nəfər olub. Vətəndaşlarımızın 43,9 %-i Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 %-i çox), 14,8 %-i Rusiyaya (2,2 % az), 12,8 %-i Gürcüstana (13,6 % çox), 5,3 %-i İrana (41,2 % az), 23,2 %-i isə digər ölkələrə (3,9 % az) gedib. Gedənlərin 64 %-ini kişilər, 36 %-ini qadınlar təşkil edib.
8 ayda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 70,7 %-i hava, 27,4 %-i dəmir yolu və avtomobil, 1,9 %-i isə dəniz nəqliyyatından istifadə edib.



