Xəbərlər

Ay və Mars göy üzündə yaxınlaşacaq

Oktyabrın 5-i səhərə yaxın Ay və Mars səmada bir-birinə çox yaxın görünəcək. Onların arasındakı bucaq məsafəsi təxminən 1° olacaq. Bu isə Ayın səmadakı görünən diametrinin təxminən iki qatına bərabərdir.

“Füyuzat” xəbər verir ki, hadisəni Günəş doğmazdan əvvəl, şərq istiqamətində müşahidə etmək mümkün olacaq. Mars qırmızımtıl rəngi ilə Ayın yanında seçiləcək.

Həmin səhər səmanın eyni hissəsində Yupiter də görünəcək və mənzərəni daha maraqlı edəcək.

Mənzərə adi gözlə görünəcək. Kiçik teleskop və ya durbinlə Ayın kraterlərini, Marsı və Yupiteri eyni müşahidə zamanı izləmək mümkün olacaq.