Xəbərlər

“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi çərçivəsində növbəti seminar

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda silsilə seminarlardan ibarət layihəsi davam edir.

“Füyuzat” xəbər verir ki, bu barədə Mərkəzdən məlumat verilib.

Bildirilib ki, layihənin məqsədi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası əsasında Azərbaycan dilinin milli mədəniyyətdəki yerinin möhkəmləndirilməsi, mediada dildən düzgün istifadənin təbliğ edilməsi və bu sahədə savadlılığın artırılmasına dəstək olmaqdan ibarətdir.

Layihə üzrə ikinci seminar oktyabrın 8-də Azərbaycan Milli Kitabxanasında Xalq şairi, ictimai xadim Sabir Rüstəmxanlının iştirakı ilə keçiriləcək.

Giriş sərbəstdir.