Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Yaşar Güler “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini ziyarət ediblər.
“Füyuzat” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, əvvəlcə Bakı Ekspo Mərkəzində təşkil olunan sərgi haqqında qonaqlara geniş məlumat verilib. Bildirilib ki, burada “ADEX 2026” sərgisi ilə yanaşı, “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də fəaliyyət göstərir.
Müdafiə nazirləri sərgidə nümayiş olunan aviasiya texnikası və pilotsuz sistemlər, aerokosmik, kibertəhlükəsizlik və mühafizə sistemləri, eləcə də digər xüsusi hərbi texnologiyalarla tanış olublar.





