Xəbərlər

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

Azərbaycan Milli Elmlər Akademiyası və Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə oktyabrın 15-16-da “Türk dövlətlərində koqnitiv dilçiliyin bu günü və gələcəyi” adlı birinci beynəlxalq simpozium keçiriləcək.

“Füyuzat”  xəbər verir ki, bu barədə Dilçilik İnstitutundan məlumat verilib.

Bildirlib ki, beynəlxalq simpozium çərçivəsində koqnitiv dilçiliyin nəzəri və praktik məsələlərinin, dil və təfəkkür münasibətlərinin, dilin koqnitiv xüsusiyyətlərinin, eləcə də türk dillərinin tədqiqində müasir yanaşmaların müzakirəsi nəzərdə tutulub.

Tədbirin türk dövlətlərindən olan alimlər və tədqiqatçılar arasında elmi fikir mübadiləsinin gücləndirilməsinə, koqnitiv dilçilik sahəsində yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə və beynəlxalq elmi əlaqələrin inkişafına töhfə verəcəyi gözlənilir.