“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu dəfə “Həftənin əsəri” nominasiyası üzrə Enn Karsonun “Şüşə esse” şeirindən bir hissəni Həmid Piriyevin tərcüməsində təqdim edirik. Xoş mütaliələr!
O
O şimaldakı bir düzənlikdə yaşayır.
O tək yaşayır.
Orda yaz ülgüc kimi açılır.
Bütün günü qatarlarda gedirəm və çoxlu kitab aparıram –
bəzilərini anam, bəzilərini özüm üçün,
həmçinin Emili Brontenin bütün əsərlərini də.
O mənim sevimli yazıçımdır.
Həm də üstəsindən gəlməli olduğum ən böyük qorxum.
Hər dəfə anamın yanına gələndə
Emili Bronteyə çevrildiyimi hiss edirəm,
tənha həyatım məni səhra kimi dövrələyir,
kələ-kötür bədənim addımlayır palçıqlı düzənlikdə
mətbəx qapısından girən kimi yoxa çıxan dəyişiklik baxışı ilə.
Bizə hansı ət lazımdır, Emili?
Mənbə: “Ədəbiyyat” qəzeti



