XII Bakı Beynəlxalq Kitab Sərgisində “MİMTA Yayımları” öz stendi ilə iştirak edir.
“Füyuzat” xəbər verir ki, bu il sərgidə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun çətiri altında fəaliyyət göstərən “MİMTA Yayımları”, “YAZ Yayımları”, “Füyuzat” və “İşıq” dərgiləri, həmçinin “Litera” kitab evi birgə təmsil olunur.
Oxucular “MİMTA Yayımları”nın stendində yeni nəşrlər ilə yanaşı, “Litera” kitab evinin rus və türk dillərində təqdim etdiyi kitablarla da tanış ola bilərlər.
Həmçinin “MİMTA Yayımları” kitablarını əldə edən bütün oxucular “Litera” kitab evinin stendində kofelərə və digər içkilərə endirim qazanacaqlar.
Qeyd edək ki, növbəti günlərdə müəlliflərlə görüş və imza günləri də keçiriləcək.
Sərgi oktyabrın 27-dək davam edəcək.



