XII Bakı Beynəlxalq Kitab Sərgisinin növbəti günündə “MİMTA Yayımları” oxucular üçün zəngin proqram təqdim edir.
“Fuyuzat.az” saytı olaraq bu gün ərzində müxtəlif mövzu və auditoriyaları əhatə edən proqram çərçivəsində təşkil olunacaq tədbirlərin siyahısını diqqətinizə çatdırırıq:
12:00 – Balaca zəka ustaları üçün krosvord kitabları təqdim olunacaq: “MİMTA Yayımları”nın stendində müəlliflər Şahin Əskərov və Əlimusa İbrahimovun azyaşlı oxucular üçün ərsəyə gətirdiyi “Krosvordlar (Uşaqlar üçün)” kitabının təqdimat mərasimi keçiriləcək.
15:00 – Tarixçi Əkbər Nəcəf oxucuları üçün yeni kitabını imzalayacaq: Nəşriyyatın stendində tanınmış tarixçi və şərqşünas Əkbər Nəcəflə imza saatı baş tutacaq. Ziyarətçilər müəllifin “Aran Atabəyləri – Büyük Səlcuq mirasının varisləri” kitabını əldə etmək və imzalatmaq imkanı qazanacaqlar.
16:00-16:45 – Xalq yazıçısı Əzizə Cəfərzadənin ədəbi irsi yad ediləcək: “Məhəmməd Füzuli” təqdimat zonasında Xalq yazıçısı Əzizə Cəfərzadənin zəngin yaradıcılığına həsr olunmuş görüş təşkil ediləcək. Tədbirin moderatoru yazıçının oğlu və ədəbi irsinin davamçısı Turan İbrahimov olacaq.
17:00-17:45 – Rəsul Həsənin yeni tədqiqat əsərinin təqdimatı keçiriləcək: “SOCAR” təqdimat zonasında yazıçı, qrafik dizayner və tədqiqatçı Rəsul Həsənin yeni kitabının təqdimatı gerçəkləşəcək. Tədbirdə müəllif oxucularla söhbət edəcək və fikir mübadiləsi aparacaq.



