Xəbərlər

Quterreş: Rəfaha hücum qəbuledilməzdir

Qəzza zolağının Rəfah şəhərinə hücum qəbuledilməzdir və yalnız daha çox ağrı və iztirab gətirəcək.

“Füyuzat”ın məlumatına görə, bunu Manamada Ərəb Dövlətləri Liqasının (LAS) sammitinin açılışında BMT-nin baş katibi Antonio Quterreş deyib.

“Qəzzadakı müharibə bütün regiona sirayət etmək təhlükəsi yaradan açıq yaradır. Bu, mənim baş katib olduğum dövrdə mülki şəxslər, yardım işçiləri, jurnalistlər və BMT-dəki həmkarlarımız üçün ən ölümcül münaqişədir. Rəfahdakı hücum qəbuledilməzdir, bu, həyat qurtaran yardımın artmasına ehtiyac duyduğumuz bir zamanda daha çox ağrı və iztirab gətirəcək”, – Quterreş qeyd edib.

O əlavə edib ki, dərhal humanitar atəşkəs və Qəzzada humanitar yardıma maneəsiz çıxışın vaxtı çatıb.