Ədəbiyyat • Mədinə Məcidli • Xəbərlər

Dahilərin qələmlərindən yadda qalanlar…

Fyodor Dostoyevski:

“Gözəllik dünyanı xilas edəcək.”

Lev Tolstoy:

“Hər kəs dünyanı dəyişdirməyi düşünür, amma heç kim özünü dəyişdirməyi düşünmür.”

Frans Kafka:

“Kitab içimizdəki donmuş dənizin baltası olmalıdır.”

Uilyam Şekspir:

“Olmaq, yoxsa olmamaq — məsələ budur.”

Alber Kamyu:

“Qışın ortasında nəhayət öyrəndim ki, içimdə məğlubedilməz bir yay var.”

Viktor Hüqo:

“Heç bir ordu zamanı gəlmiş bir ideyanın qarşısında dura bilməz.”

Oskar Uayld:

“Özün ol, qalan bütün rollar artıq tutulub.”

Ceyn Ostin:

“Mən boş yerə mübarizə aparmışam. Bunun faydası olmayacaq. Hisslərimi boğa bilmirəm.”

Viktor Frankl:

“İnsandan hər şey alına bilər, bir şeydən başqa: insanın son azadlığı — istənilən şəraitdə öz münasibətini seçmək azadlığı.”

Antuan de Sent-Ekzüperi:

“Ən vacib şeyləri gözlə görmək olmur.”

Herman Hesse:

“Hər bir insanın həyatı özünə aparan bir yoldur.”

Corc Oruell:

“Azadlıq iki üstəgəl ikinin dörd etdiyini söyləmək azadlığıdır.”

Paulo Koelyo:

“Əgər nəyisə həqiqətən istəyirsənsə, bütün kainat arzunun gerçəkləşməsi üçün sənə kömək edir.”

Virciniya Vulf:

“Qadının özünü dərk etməsi üçün öz otağı və maddi müstəqilliyi olmalıdır.”

Milan Kundera:

“İnsan həyatı yalnız bir dəfə yaşayır və buna görə də hansı qərarın doğru olduğunu əvvəlcədən yoxlaya bilməz.”

Rabindranat Taqor:

“Əgər ağlamaqla gözlərindən günəş çıxacaqsa, ağla.”

Xəlil Cübran

“Övladlarınız sizin övladlarınız deyil.”

Migel de Servante

“Azadlıq, göylərin insanlara bəxş etdiyi ən qiymətli nemətlərdən biridir.”

Mənim ən çox bəyəndiyim Frans Kafkanın fikridir:

“Kitab içimizdəki donmuş dənizin baltası olmalıdır.”

İnsan bəzən daxilində hisslərini, qorxularını, peşmanlıqlarını və heç kimə danışa bilmədiyi düşüncələrini gizlədir. Zaman keçdikcə hisslər sanki donur, insan özünü belə anlamaqda çətinlik çəkir. Kafka kitabı baltaya bənzətməklə demək istəyir ki, həqiqi ədəbiyyat həmin donmuş qatları parçalamağı, insanı öz daxilində gizlətdiyi həqiqətlərlə üzləşdirməyi bacarmalıdır. Bəzi kitabları oxuyub bitirirsən və bir müddət sonra onları unudursan. Elə kitablar da var ki, son səhifəni çevirdikdən sonra belə zehnində yaşamağa davam edir. Bir obrazın taleyi sənə öz həyatını xatırladır, bir cümlə indiyə qədər doğru hesab etdiyin fikri dəyişir, bəzən isə başqasının hekayəsində özünü tapırsan. Məncə, ədəbiyyatın gücü də məhz buradadır. Kafka bizə kitabın sadəcə vaxt keçirmək, məlumat əldə etmək və ya hadisələrdən xəbər tutmaq vasitəsi olmadığını xatırladır. Kitab insanın daxilində dəyişiklik yarada, onu narahat edə, düşündürə və hətta özünə yadlaşmış tərəfləri ilə yenidən tanış edə bilər. Siz ən çox hansi fikri bəyəndiniz?

Müəllif: Mədinə Məcidli