Ruslan Bayramlı • Xəbərlər

Təhsil eksperti Ruslan Bayramlı Nazirlər Kabinetinin yeni qərarını diqqətə çatdırıb

Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib.

Təhsil eksperti Ruslan Bayramlının “Füyuzat”a bildirdiyinə görə, bu yenilik Nazirlər Kabinetinin müvafiq qərarında öz əksini tapıb.

Təhsil eksperti qeyd edib ki, bu, Nazirlər Kabinetinin 26 oktyabr tarixində təsdiq etdiyi “Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları” ilə tənzimlənir.

2026-cı il sentyabrın 15-dən tətbiq edilən qaydalara, əsasən, tam orta ümumtəhsil məktəblərində bir təhsilalan üçün illik baza xərci 2 000, lisey və gimnaziyalarda 2 200, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində 2 500, internat tipli lisey və gimnaziyalarda isə 3 000 manat təşkil edir.

Qaydalara, əsasən, baza məbləğinə təhsilalanın oxuduğu səviyyəyə uyğun artım əmsalı tətbiq ediləcək. Belə ki, hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı
səviyyələri üzrə artım əmsalları aşağıdakı kimi tətbiq edilir:

Tətbiq edilən yeni maliyyələşmə mexanizminə əsasən müəssisə üzrə maliyyələşmə hər bir təhsilalan üçün illik təhsil xərclərinin miqdarına müvafiq təhsil səviyyəsi üzrə artım əmsalı tətbiq edilməklə (bir təhsilana düşən təhsil xərclərinin illik miqdarı × artım əmsalı) müəyyən edilir.

Ruslan Bayramlı bildirib ki, yeni maliyyələşmə mexanizminin 2026/2027-ci tədris ilindən mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.