Xəbərlər

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəni irsin bərpası müzakirə olunur

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyət mərkəzdə: “SECURE” ilə ortaq gələcəyə etibarlı yollar” mövzusunda plenar iclas keçirilir.

“Füyuzat” xəbər verir ki, tədbirə mədəniyyət nazirinin müavini Fərid Cəfərov moderatorluq edir.

Plenar iclasın əsas məqsədi mədəni irsin bərpası və mədəniyyət mərkəzli canlandırma sahəsində uğurlu beynəlxalq təcrübə və innovativ yanaşmaların mübadiləsini təşviq etməklə, beynəlxalq əməkdaşlığı gücləndirmək, dayanıqlı və inklüziv bərpa proseslərini dəstəkləmək, habelə qarşılıqlı etimadın, davamlı inkişafın və sülhün möhkəmləndirilməsinə töhfə verməkdir.