7 gün davam edən XII Bakı Beynəlxalq Kitab Sərgisi böyük oxucu izdihamı ilə öz işini başa çatdırıb.
“Füyuzat” xəbər verir ki, sərgidə 32 ölkədən 59 təşkilat, həmçinin Azərbaycanı təmsil edən 148 müəssisə, nəşriyyat və poliqrafiya mərkəzi iştirak edib.
Həftə ərzində yazarlarla görüşlər, nağıl saatları, konfranslar, kitab təqdimatları və müxtəlif proqramlar təşkil olunub. Tədbir oxucuların yüksək marağı və fəallığı ilə yadda qalıb.







