İsrailin müdafiə naziri Yoav Qallant Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xanın İsrailin baş naziri Benyamin Netanyahu və özünə qarşı həbs qərarı verilməsi üçün müraciət etməsi barədə danışarkən məhkəmənin səlahiyyətini tanımadıqlarını deyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən açıqlama verilib.
Qallant İsrailin oktyabrın 7-dən bu yana 35 mindən çox dinc sakinin öldüyü və təxminən 80 min insanın yaralandığı Qəzza zolağına hücumlarının beynəlxalq hüquqa uyğun olduğunu müdafiə edib.