Xəbərlər

İsveçrə Ukrayna ilə bağlı forum zamanı hava məkanından istifadəni məhdudlaşdıracaq

İsveçrə Ukrayna ilə bağlı 15-16 iyunda keçiriləcək konfrans ilə əlaqədar ölkənin mərkəzi hissəsindəki Bürgenstok bölgəsində hava məkanından istifadəni məhdudlaşdıracaq və təhlükəsizliyin təmin edilməsi üçün 4 minə qədər hərbçidən istifadə edəcək.

“Füyuzat”ın məlumatına görə, bu qərarı İsveçrə hökuməti – Federal Şura verib.

“Federal Şura Nidvalden hakimiyyətə kömək etmək üçün 4 minə qədər hərbçinin xidmətdə iştirakını təsdiqləyib, ordu polisə, xüsusən də təhlükəsizlik, müşahidə, kəşfiyyat və maddi-texniki təminat işlərində dəstək verəcək”, – qərarda bildirilib.