Xəbərlər

Paşinyan: Ermənistan və Azərbaycan arasında danışıqlarda irəliləyiş var

“İrəvanla Bakı arasında baş tutan danışıqlarda nəzərəçarpacaq irəliləyiş var, lakin bu, bütün məsələlərin həll olunduğu anlamına gəlmir”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Azərbaycandan ən yüksək səviyyədə Alma-Ata Bəyannaməsinə və Praqada əldə edilmiş razılaşmalara sadiq qaldıqları barədə bəyanatlar səslənib. Deyə bilərəm ki, Ermənistan və Azərbaycan arasında baş tutan danışıqlarda xeyli irəliləyiş var. Ancaq bu, o demək deyil ki, bütün məsələlər həll olunub”, – Paşinyan qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan tərəfi dəfələrlə Cənubi Qafqazda müharibəyə yer olmadığını və Ermənistan tərəfinin zorakılıq siyasətindən əl çəkərək sülh səylərinə daha müsbət yanaşmasını tələb edib.