Xəbərlər

Paşinyan: Bakı ilə sülh müqaviləsi yaxın zamanlarda baş tuta bilər

Ermənistan və Azərbaycan son detalları razılaşdırdıqdan sonra sülh sazişi imzalaya bilər, sənədin mətni demək olar ki, hazırdır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib.

“Sülh sazişinin mətni demək olar ki, hazırdır, son düzəlişləri etmək və imzalamaq qalır”, – deyə o, əlavə edib.

Paşinyan sonda qeyd edib ki, imzalanma bir ay ərzində baş tuta bilər.