Rusiyanın Şimali Qafqaz respublikası Dağıstanda polis postlarına, kilsələrə və sinaqoqlara hücumlar nəticəsində 15-dən çox polis əməkdaşı və bir neçə mülki şəxs həlak olub, altı silahlı da öldürülüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Dağıstan Respublikanın rəhbəri Sergey Məlikov açıqlama verib.
Bazar günü hücumlarda iki kilsə və bir sinaqoq, həmçinin Dağıstanın ən böyük şəhəri Mahaçqalada polis postu hədəfə alınıb. Həmçinin ölənlər arasında pravoslav kilsəsinin keşişi də var.
Qeyd edək ki, Məlikov bazar ertəsindən başlayaraq ölkədə üç günlük matəm elan olunacağını bildirib.