Yunanıstana qaçmağa çalışan PKK terror təşkilatı üzvü Ədirnədə saxlanılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
“Ədirnədə təhlükəsizlik qüvvələri PKK üzvü Y.E.-ni Yunanıstana keçmək istəyərkən hərbi məhdudiyyətli bölgədə keçirdiyi əməliyyat zamanı yaxalayıb”, – məlumatda qeyd edilib.
Məlumata görə, silahlı terror təşkilatına üzv olmaq cinayətindən axtarışda olduğu öyrənilən şübhəli saxlanılıb.
Qeyd edilib ki, jandarma qruplarına təhvil verilən şübhəli haqqında araşdırmalar davam edir.