Xəbərlər

Ermənistan: Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi almışıq

“Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı 10-cu tövsiyələr paketini alıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan söyləyib.

Ermənistan XİN iyunun 7-də bəyan edib ki, Ermənistan və Azərbaycan arasında nəzərdə tutulan sülh sazişi paketi imzalanması üçün kifayət qədər yetkindir və Ermənistan tərəfi paketin yaxın bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazırdır.

Onun sözlərinə görə, sözügedən təkliflər artıq sülh sazişi layihəsi ilə bağlı tərəflər arasında mübadilə olunan 10-cu paketdir.