Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, ilin birinci yarısında Qərb ölkələrindən böyük həcmdə maddi dəstək alınıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Mənbələrə əsasən Avropa İttifaqı, Yaponiya və Beynəlxalq Valyuta Fondundan (BVF) gələn dəstək 13,8 milyard dollara çatıb.
Ukrayna Maliyyə Nazirliyinin mayın 30-da verdiyi bəyanatda deyilir ki, 2022-ci ilin fevralında başlayan müharibədən bu yana Qərb ölkələrindən 85,4 milyard dollar dəstək alınıb.