Xəbərlər

Cənubi Koreya 6 ildə ilk dəfə Şimali Koreya sərhədi yaxınlığında təlimlər keçirib

Cənubi Koreya 6 ildə ilk dəfə olaraq Şimali Koreya sərhədi yaxınlığındakı atış poliqonunda həqiqi sursatla təlim keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Koreya ordusundan açıqlama verilib.

“Təlim iki Koreyanı birləşdirən hərbsizləşdirilmiş zonaya yaxın Gyeonggi və Qangvon bölgələrindəki cəbhə xəttində keçirilib”, – açıqlamada bildirilib.

Açıqlamada bu təlimin hökumətin 2018-ci ildə imzalanmış hərbi gərginliyi azaltmaq məqsədi daşıyan Koreyalararası Müqaviləni dayandırmasından sonra quruda keçirilən ilk təlim olduğu və ordunun bundan sonra mütəmadi olaraq sərhəd bölgəsində təlimlər keçirəcəyi qeyd edilib.