Xəbərlər

Qəzzada ölənlərin sayı 38 minə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 25 nəfər artaraq 37 min 925-ə çatıb.

“Füyuzat”ın məlumatına əsasən, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, ordunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda daha 25 fələstinli həyatını itirib, 81 fələstinli isə yaralanıb.

Qeyd olunub ki, son hücumlardan sonra yaralıların sayı 87 min 141-ə yüksəlib.