43 yaşlı Ermənistan hərbçisi “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndələrindən biri ilə əlaqə saxlayıb.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistan İstintaq Komitəsi bildirib.
“Həmin şəxs Ermənistan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və xarici təhlükəsizliyinə zərər vurmuşdur”, – İstintaq Komitəsi qeyd edib.
Hərbçi həbs edilərək Ermənistan Cinayət Məcəlləsinin 418-ci maddəsinin 1-ci bəndi ilə dövlətə xəyanətdə ittiham olunub.
İstintaq davam edir.