İsrail və HƏMAS hərəkatı arasında baş verən münaqişə nəticəsində Qəzza zolağı əhalisinin 90%-i öz evlərini tərk etmək məcburiyyətində qalıb və bölgə daxilində məcburi köçkünə çevrilib.
“Füyuzat”ın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) rəhbəri Andrea De Domeniko bildirib.
“Bizim təxminlərimizə görə, Qəzza sektorunda 10 nəfərdən 9-u didərgin düşüb”, – Domeniko deyib.
O əlavə edib ki, hazırda məcburi köçkünlərin sayı təxminən 1,9 milyon nəfərdir. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesablamalarına görə, Qəzza zolağının şimal hissəsində hələ də 350 minə qədər insan var ki, onlar anklavın cənub hissəsinə köçə bilmirlər.