Xəbərlər

İranda prezident seçkilərinin ikinci turu başlayıb

İranda prezident seçkilərinin ikinci turu başlayıb. Seçki məntəqələri yerli vaxtla səhər saat 8:00-da açılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS xəbər yayıb.

İlk olaraq İranın ali dini lideri Ayətullah Əli Xamenei səs verib. O, ölkə xalqına müraciət edərək, vətəndaşları prezident seçkilərinin ikinci turunda daha fəal iştirak etməyə çağırıb.

Səsvermə bülletenində iki namizəd keçmiş səhiyyə naziri 69 yaşlı Məsud Pezeşkian və ali liderin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi 58 yaşlı Səid Cəlilidir. Prezident seçkilərinin birinci turunda Pezeşkian və Cəlili müvafiq olaraq 44% və 40% səs toplayıb. Seçici fəallığı 40% təşkil edib ki, bu da İran tarixində ən aşağı göstərici olub.