“Asiyaya doğru irəliləməyi planlaşdıran Şimali Atlantika Alyansının (NATO) hərəkətləri dünyanın və regionun sabitliyinə təhlükə yaradır”.
“Füyuzat”ın məlumatına görə, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian deyib.
“NATO-nun təhlükəsizliyi digər ölkələrin təhlükəyə atılması hesabına təmin edilir və alyansın hərəkətləri dünyada və regionda son dərəcə yüksək təhlükəsizlik riskləri yaradır”, – Lin Cian bildirib.
“Soyuq Müharibənin yadigarı və dünyanın ən böyük hərbi bloku kimi NATO regional müdafiə təşkilatı olduğunu iddia edir, lakin eyni zamanda daim sərhədləri aşır və öz səlahiyyətlərini genişləndirərək qarşıdurmaya səbəb olur”,- o əlavə edib.