Koreya Respublikası Rumıniyaya təxminən 1,3 trilyon von (939 milyon dollar) dəyərində böyük silah partiyası satmaq barədə müqavilə bağlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
İmzalanan sənədə əsasən, Cənubi Koreyanın müdafiə nəhəngi “Hanwha Aerospace” Rumıniyaya silah və sursat ixrac edəcək. O cümlədən, Rumıniya tərəfi döyüş sursatı daşımaq üçün 54 ədəd K-9 özüyeriyən haubitsa və 36 zirehli maşın alacaq.
“Yonhap” qeyd edib ki, bu, Rumıniyanın son 7 ildə ən böyük silah alqı-satqısı müqaviləsidir.