“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə Rusiya ilə Ukrayna arasında taxıl müqaviləsi bağlaya bilən yeganə uğurlu dövlət adamıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
Viktor Orban Ərdoğanla ikitərəfli görüşü zamanı Ukraynada daha amansız səviyyəyə çatan müharibənin müzakirə edildiyini və oradakı iztirablara son qoymaq üçün sülhün və sülh təşəbbüsünün zəruriliyinin qaçılmaz olduğunu vurğulayıb.
“Türklər müharibə zamanı sülhün təmin olunmasında əvəzolunmaz bir aktordur. Türkiyə Prezidenti Ərdoğan Qara dənizdə Rusiya ilə Ukrayna arasında taxıl müqaviləsi bağlaya bilən yeganə uğurlu dövlət adamıdır”, – Orban deyib.