Xəbərlər

ABŞ dövlət katibi Kanadanın xarici işlər naziri ilə sərhəd təhlükəsizliyini müzakirə edib

ABŞ dövlət katibi Marko Rubio Kanadanın xarici işlər naziri Melani Coli ilə sərhəd təhlükəsizliyi və enerji təhlükəsizliyini müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

“Xarici işlər orqanlarının rəhbərləri, xüsusilə, sərhəd təhlükəsizliyi və enerji təhlükəsizliyi kimi ümumi qlobal problemlərin həllində əməkdaşlıq variantlarını müzakirə ediblər”, – məlumatda qeyd edilib.

Söhbət zamanı Rubio Kanadanın “Çin Kommunist Partiyasının ədalətsiz iqtisadi addımlarına qarşı mübarizə” səylərini yüksək qiymətləndirib.