Xəbərlər

ABŞ-da hava limanında anqar çöküb, 3 nəfər ölüb

ABŞ-ın Aydaho ştatındakı Boise hava limanının ərazisində tikilməkdə olan polad anqar çöküb, uçqun nəticəsində 3 nəfər həyatını itirib, 9 nəfər yaralanıb. Onların 5-nin vəziyyəti ağırdır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yanğınsöndürmə İdarəsinin Əməliyyatlar rəisi Aron Hummel açıqlama verib.

“Yaralıların bir qismini xilas etmək üçün kranlara ehtiyac var və bu olduqca çətin işdir. Anqar hava limanının quru hissəsindədir”, -Aron bildirib.

Bildirilib ki, hazırda xilasetmə işləri aparılır.