ABŞ Sənada Husilər hərəkatına aid inzibati binaya hava zərbəsi endirdiyini təsdiq edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“CENTCOM qüvvələri Sənada İranın dəstəklədiyi Husilərin əsas komanda-nəzarət məntəqəsinə dəqiq hava zərbəsi endirib”, – məlumatda bildirilib.