“ABŞ-ın ticarət kəsiri yanvar ayında kəskin şəkildə genişlənib. Güman ki, tariflər tətbiq edilməzdən əvvəl müəssisələr idxalı artırıblar və potensial olaraq birinci rübdə iqtisadi artıma mane olublar”.
“Füyuzat”ın məlumatına görə, bu barədə cümə günü Ticarət Departamenti məlumat yayıb.
Bildirilir ki, yanvarda ticarət kəsiri 25,6% artaraq 153,3 milyard dollara çatıb.
“Axios” qeyd edir ki, bu, bir ay əvvəl müəyyən edilmiş 122 milyard dollarlıq ticarət kəsirindən sonra yeni rekorddur. Yanvarda əmtəə ixracı isə 172 milyard dollar təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 3,3 milyard dollar çoxdur.