Xəbərlər

ABŞ: NATO şərqə doğru genişlənməsini dayandıra bilər

“NATO yeni Şərqi Avropa ölkələrini öz sıralarına qəbul etməyi dayandıra bilər, çünki ABŞ bunun Rusiyanın milli təhlükəsizlik məsələsi olduğunu başa düşür”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “ABC News”a müsahibəsində deyib.

“Rusiyanın gündəmə gətirəcəyi məsələlərdən biri də budur. Onlar təkcə Ukraynadan danışmırlar, Gürcüstandan danışırlar, Moldovadan danışırlar”, – Kelloq bildirib.

Xüsusi nümayəndə ABŞ və Rusiya arasında danışıqlar zamanı digər ölkələrin mövqeləri nəzərə alınmaqla belə bir razılığın əldə olunmasının mümkünlüyünü istisna etməyib. Bu halda diplomatlar tərəfindən ətraflı şəkildə işlənmiş təkliflər ABŞ prezidenti və NATO-nun digər üzvləri arasında müzakirə edilməli idi. Kelloq Rusiya tərəfinin NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı narahatlığını haqlı hesab etdiyini bildirib. O həmçinin əmin edib ki, Ukraynanın alyansa qoşulması gündəmdə deyil.