ABŞ Senatı bazar ertəsi Marko Rubionun Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
“Yanvarın 20-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsi prezident Donald Trampın dövlət katibi vəzifəsinə Rubionun namizədliyini irəli sürməsinin lehinə səs verib və yuxarı palataya senatoru bu vəzifəyə təsdiq etməyi tövsiyə edib”, – məlumatda qeyd edilib.