Xəbərlər

ABŞ Suriyada 75-dən çox hədəfi vurub

ABŞ hərbçiləri Suriyada 75-dən çox hədəfə, o cümlədən İŞİD terror təşkilatının düşərgələrinə və yaraqlılarına bir neçə hava zərbəsi endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Zərbələrin terrorçu qruplaşmanın əməliyyatlar keçirməsinin qarşısını almaq və İŞİD-in Suriyanın mərkəzində yenidən təşkili üçün mövcud vəziyyətdən istifadə etməyə çalışmamasını təmin etmək məqsədi ilə həyata keçirildiyi bildirilib.

Əməliyyat zamanı mülki şəxslərin xəsarət alması ilə bağlı hələlik heç bir məlumat verilməyib.