Xəbərlər

ABŞ və Cənubi Koreya “Azadlıq Qalxanı” təlimlərinə başlayıb

Koreya Respublikası və ABŞ Silahlı Qüvvələri martın 10-da “Azadlıq Qalxanı” adlı genişmiqyaslı birgə təlimlərə başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Qeyd edilib ki, manevrlərin məqsədi müttəfiqlər arasında əməkdaşlığı daha da artırmaqdır.

Verilən məlumata görə, təlimlərə təxminən 19 min Cənubi Koreya hərbçisi cəlb olunacaq.