Xəbərlər

ABŞ və Ukrayna mineral ehtiyatlar üzrə saziş imzalayıb

ABŞ Maliyyə Nazirliyi ABŞ və Ukrayna arasında “İqtisadi Tərəfdaşlıq” sazişinin imzalandığını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Xəzinədarlıq Departamenti “ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondu”nun yaradılmasını nəzərdə tutan və bu gün imzalanan sazişlə bağlı açıqlama verib.

“Bu iqtisadi tərəfdaşlıq bizi birlikdə işləməyə, ortaq imkanlarımızı Ukraynanın iqtisadi dirçəlişini sürətləndirməsini təmin etmək üçün sərmayə qoymağa məcbur edir”, — məlumatda bildirilib.

Saziş ABŞ-a bu günə qədər verdiyi hərbi və maliyyə dəstəyi müqabilində Ukraynanın təbii sərvətlərinə çıxış imkanı verəcək.

30 aprel 2025-ci ildə imzalanan “İqtisadi Tərəfdaşlıq” müqaviləsi strateji faydalı qazıntıların bölüşdürülməsi və Ukraynanın yenidən qurulması baxımından mühüm mərhələ adlandırılıb.

Verilən məlumata görə, müqavilə Ukraynanın suverenliyini və Avropaya inteqrasiya məqsədlərini qorumaq öhdəliyini ehtiva edir, eyni zamanda ABŞ-a Ukraynanın mühüm təbii ehtiyatlarına çıxışı təmin edir.