ABŞ-ın zərbələri nəticəsində Yəmənin Qırmızı dəniz sahilindəki Əl-Hodeyda əyalətində yerləşən Ras İsa limanı məhv edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“ABŞ qüvvələrinin bugünkü hərəkətləri İranın dəstəklədiyi Husilərin yanacaq mənbəyini məhv etmək məqsədi daşıyırdı. Husilərin nəzarətində olan Ras İsa limanının dağıdılması bu təşkilatın neft məhsullarının satışından və yanacağa çıxışından məhrum olmasına səbəb oldu”, – məlumatda bildirilib.