Avropa İttifaqı (Aİ) 16-cı anti-Rusiya sanksiyalar paketində Rusiyanın 8 media orqanının Avropada yayımını qadağan edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
“Aİ Şurası bu gün Rusiyanın səkkiz media orqanının Aİ-də yayım lisenziyasının dayandırılması barədə qərar qəbul edib. Söhbət “Eurasia Daily” informasiya saytı, “News Front” agentliyi, “South Front” saytı, “RuBaltic.ru” portalı, “Lenta.ru” onlayn nəşri, “Zvezda” telekanalı, “Fondsk” və “Strateji Mədəniyyət Fondundan” gedir”, – məlumatda bildirilib.