Xəbərlər

Aİ: ABŞ tariflər tətbiq edərsə, qlobal ÜDM 7% azala bilər

“ABŞ-ın Avropa İttifaqına (Aİ) tariflər tətbiq etməsi qlobal iqtisadi parçalanmaya gətirib çıxara bilər ki, bu da ortamüddətli perspektivdə qlobal ÜDM-in 7% azalmasına səbəb ola bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu iqtisadi məsələlər üzrə Avropa komissarı Valdis Dombrovskis deyib.

O, Vaşinqtonun tariflər tətbiq etmək niyyətindən təəssüfləndiyini bildirib və bunu əsassız adlandırıb: “Bundan başqa, tariflər həm Aİ, həm də ABŞ-da iqtisadi artım üçün problem yarada bilər”.

Dombrovskis əlavə edib: “Tariflərin tətbiqi ilə qlobal iqtisadi parçalanma riski var. Beynəlxalq Valyuta Fondu hesab edir ki, bu iqtisadi parçalanma baş verərsə və ticarət əsasən müəyyən iqtisadi bloklar daxilində cəmləşərsə, qlobal ÜDM orta müddətdə 7% azala bilər”.

Bundan əvvəl Amerika prezidenti Donald Tramp Nazirlər Kabinetinin ilk iclasında ABŞ-ın Avropa İttifaqından idxal olunan malların tədarükünə 25% gömrük rüsumunun tətbiqi ilə bağlı qərar qəbul etdiyini və bunun yaxın vaxtlarda açıqlanacağını bildirmişdi.