“Suriyanın gələcəyində ekstremizmin, İran və Rusiyanın yeri olmamalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas deyib.
“Məqsəd ölkənin yeni rəsmiləri ilə təmasda olmaq və qrupun ölkəni necə idarə etməyi planladığını anlamaqdır. Hər kəsin, ərəb ölkələrinin, qonşu ölkələrin, Türkiyənin, ABŞ-ın və Ai-nin razılaşdığı əsas prinsiplər var. Bunlar ərazi bütövlüyü, suverenlik, hesabatlılıq, o cümlədən, xüsusən də azlıqların və qadınların hüquqlarını nəzərə alan inklüziv hökumət prinsipləridir”, – Kallas əlavə edib.