“Üzv dövlətlər bunu tələb edərsə, Avropa İttifaqı (Aİ pilotsuz təyyarələr ordusu yaratmağı nəzərdən keçirə bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə təşkilatın müdafiə üzrə komissarı Andrius Kubilius “RND” nəşrinə müsahibəsində deyib.
“Biz NATO ilə sıx əməkdaşlıq etməliyik. Pilotsuz uçuş aparatları (PUA) ordusuna ehtiyacımız olub-olmaması ilə bağlı qərarı NATO qəbul etməlidir. Amma mən artıq görürəm ki, Aİ-nin bir çox ölkəsi PUA-ların çox vacib olduğuna inanır. Üzv ölkələr bunu istəsə, nəzərə alacağıq. Pilotsuz uçuş aparatları bütün hərbi əməliyyatların gedişatını dəyişməyə qadirdir. Ona görə də, ordumuz müasir dronların və elektron döyüş texnikalarının istehsalını təcili olaraq artırmalı olduğumuzu deyəndə, bunu etməliyik”, – o, əlavə edib.