Xəbərlər

Aİ Şurası Macarıstanın səsvermə hüququndan məhrum edilməsi imkanını müzakirə edəcək

“Avropa İttifaqı (Aİ) Şurası mayın 27-də Aİ haqqında Müqavilənin 7-ci maddəsinə uyğun olaraq Macarıstanın səsvermə hüququndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə qrumdan bildirilib.

“Nazirlər Avropa Parlamentinin təşəbbüsü ilə 7-ci maddə proseduru çərçivəsində Macarıstan üzrə səkkizinci dinləməni keçirəcəklər”, – məlumatda bildirilib.