Avropa İttifaqı (Aİ) Suriya prezidenti Bəşər Əsədin devrilməsindən sonra enerji və nəqliyyat sektorlarında Suriyaya qarşı tətbiq edilmiş sanksiyaları dayandırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
“Şura neft, qaz və elektrik enerjisi daxil olmaqla nəqliyyat sektorlarında sektoral tədbirlərin dayandırılması barədə qərar qəbul edib. Həmçinin Aİ Suriyanın 4 bankına və Suriya Ərəb Hava Yollarına qarşı sanksiyaları ləğv edib, – məlumatda qeyd olunub.